Uzun müddətdir sağlamlıq problemlərinə  görə mətbuatdan uzaq düşən Kim Çen Indan xəbər var.  

Unikal.org xəbər verir ki,  "NK News" saytı daha əvvəl Şimali Koreya liderinin arıqladığını bildirmişdi. Bu dəfə isə sayt Kimin başının çürüdüyünü yazıb. Belə  ki, uzun zaman sonra mətbuata açıqlama verən Kim Çen In  başının arxasına yara bandı  yapışdırıb. 

Niyə yapışdırıldığı bilinməyən bant çıxarılanda başının arxasındakı yaşıl ləkə diqqət çəkib. "NK News" saytı bunun çürük izi olduğu irəli sürüb. Dünya mediası da bunun çürük iz olduğunu iddia edib.