“Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanılmaz hərəkətə yol verib”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.