Ucar rayonu, Qarabörk kənd sakini 1985-ci il təvəllüdlü Validə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Ucar rayon prokurorluğundan məlumat verilib. 

Zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin aprel ayının 14-də baş verib.