ABŞ-ın Kaliforniya ştatında helikopter qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki,  ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, Robinson R66 tipli helikopterin Kaliforniya ştatının Sakramento şəhərinin şimalında naməlum səbəbdən qəzaya uğrayıb. 

Hadisə  nəticəsində helikopterdə  olan 4 nəfər həyatını itirib. Qəzanın baş vermə  səbəbi  araşdırılır.