Daşkəsəndə at axtarmağa gedən 2 nəfər dumanlı havada itkin düşüb.

Unikal.org xəbər verir ki, hadisə 3 gün bundan əvvəl rayonun Alaxançallı kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri 11 yaşlı İsmət Bayramov və 21 yaşlı Ülfət Rüstəmovdur.

Qeyd edək ki onların axtardığı at tapılıb. 3 gündür ki həmin şəxslərdən xəbər yoxdur. Onların axtarışları davam edir.(apa.az)