Tokio Olimpiadasının Təşkilat Komitəsi “Tokio-2020” çərçivəsində ölkəyə gələn daha 18 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.

Unikal.org xəbər verir ki, yoluxanlar arasında yarışa qatılacaq idmançılar yer almayıb.

Virusa yoluxanlar karantinə alınıb.

Bununla, Olimpiadaya akkreditasiya almış şəxslər arasında yoluxanların sayı 259-a çatıb.