Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan” və “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Unikal.org-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.