Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, Qax şəhər sakini Ülvi Məmmədov gənc oğlan tərəfindən qarın boşluğundan bıçaqlanıb.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.