Braziliyanın “Santos” klubunun futbolçusu Kayo Jorje karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Unikal.org xəbər verir ki, 19 yaşlı hücumçu “Yuventus” klubu ilə danışıq aparır. Bu barədə “Santos” klubunun prezidenti Rueda İtaliya mətbuatına açıqlamasında deyib. “Yuventus”un Kayo ilə ilkin razılaşma əldə etdiyi bildirilir.

Kayo “Santos”la 80 oyunda 17 qol vurub.