Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakini M.Baxışov iyulun 24-də ona məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyatorun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Unikal.org-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Armud-padat kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar.

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş xeyli sayda yük maşınlarına məxsus akkumulyatorlar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.