“Neftçi” Futbol Akademiyasında 2021/2022-ci illər mövsümündə çalışacaq məşqçilər müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yeni mövsüm üçün təyinatlar aşağıdakı kimidir:

U-19 komandası: baş məşqçi Rəşad Abdullayev, köməkçi məşqçi Anar Vəliyev.

U-17 komandası: baş məşqçi Elman Sultanov, köməkçi məşqçi Aleksandr Qross.

U-16 komandası: baş məşqçi Eldəniz Məmmədov, köməkçi məşqçi Elçin Dərgahquliyev.

U-15 komandası: baş məşqçi İlyas Qurbanov, köməkçi məşqçi Vasif Əliyev.

U-14 komandası: baş məşqçi Vaqif Əliyev, köməkçi məşqçi Emin Mustafayev.

U-13 komandası: baş məşqçi İslam Kərimov, köməkçi məşqçi Xalid Bayramov.

U-12 komandası: baş məşqçi Rafael Yusifov, köməkçi məşqçi Alim Qurbanov.

U-11 komandası: baş məşqçi Emin Salmanov, köməkçi məşqçi Orxan Bəşirov.

U-10 komandası: baş məşqçi Azər Cabbarov, köməkçi məşqçi Sabit Əliyev.

U-9 komandası: baş məşqçi İslam Kərimov.

Qızlar komandası: baş məşqçi İbrahim Məmmədov.

Qapıçılar üzrə məşqçilər: Elxan Ağayev, Cavid Səfərov, Kamil Qafarov.