Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər qətlə yetirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.

Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.