Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub.