İsrailin “NSO Qrup” şirkəti dünyanın bir çox hökumətinin “Pegasus” casus proqramına girişini bloklayıb.

Unikal.org xəbəır verir ki, bu məlumatı Amerikanın NPR şəbəkəsi yayıb.

Məlumata görə, NSO bu addımı “Pegasus”la bağlı beynəlxalq skandala düşdükdən sonra atıb. Bununla belə hansı hökumətlərin “Pegasus”a girişinin məhdudlaşdırıldığı açıqlanmayıb.