Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəsini Tokiodakı Olimpiya Oyunlarında təmsil edən idmançılara müraciət edib.

Unikal.org xəbər verir ki, ölkə prezidenti olimpiya idmançılarına müraciətində Tokiodan əliboş gələcəklərsə, onlara qayıtmamalarını tövsiyə edib: 

"Oraya getməzdən əvvəl buna dəyərmi, yoxsa yox, yaxşı düşünün. Ona görə ki, əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün".