Türkiyənin Adana şəhərində 17 yaşlı yeniyetmə bazarda tanımadığı şəxsi  güllələyib.

Unikal.org xəbər verir ki, buna səbəb atasının ona az xərclik verməsi olub. Belə  ki, yeniyetmə  atası  ilə  dava edib. Sonra o, üzərində  daşıdığı silahla  atasına hücum çəkib. Bunu görən ətrafdakı Göhkan Çelik onları ayırmaq istəyib. Bu zaman oğul silahla atasını vurmaq istəyərkən, onları  ayırmaq istəyən şəxsi  vurub.  

Göhkan Çelik aldığı  silah yarasından yerindəcə  ölüb. Yeniyetmə  isə  polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.