Bu gün Azərbaycanda koronavirus əleyhinə 87 286 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 50 103, ikinci mərhələ üzrə 37 183 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 827 855, ikinci mərhələ üzrə isə 2 057 717 nəfər təşkil edir.