Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Unikal.org-un xəbərinə görə, məhkəmədən bildirilib ki, prosesə sədrlik edən hakim Azər Paşayevin səhhətində problemlər yaranıb.

Məhkəmənin növbəti iclası avqustun 5-nə qədər təxirə salınıb.