Birinci Qarabağ müharibəsi əlili Ağalarov Şəmşəddin Həsənqulu oğlunun pensiyası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən kəsilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ş.Ağalarov əlillik statusunun bərpa edilməsi üçün məhkəməyə müraciət edərək ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırıb. Bakı Apellasiya Məhkəməsinə göndərilən iş hakim Xəyalə Cəmilovanın icraatına verilib.

Qeyd edək ki, Şəmşəddin Ağalarova 22.05.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən 3-cü qrup müddətsiz əlillik təyin edilib. Daha sonra onun əlillik statusu ləğv olunmuş, pensiyası isə dayandırılmışdır.

Seymur Əli