Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.

Unikal.org Türkiyə  KİV- ə istinadən xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.

Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar. Hadisəni törədən şəxslərin saxlanılıb. 

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.