Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

Unikal.org xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin "Tondela" klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək.

Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: "Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim üçün ideal olduğunu başa düşdüm".

Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov daha əvvəl Portuqaliyada "Eştoril" və "Pakuş de Ferreyra" klublarının da formasını geyinib.