Rusiya və Çin gələn ay hərbi təlimlərə başlayacaq. Təlimdə 10 min nəfər hərbçinin iştirak edəcəyi deyilir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, "Qarşılıqlı əlaqələr-2021" adlı manevr Çində baş tutacaq. Təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacaq.