Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktik söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.