Türkiyənin Antalya şəhərində güclü meşə yanğınları olub.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki,   Antalya əyalətinin rəhbərliyinə istinadən xəbər verir ki, Manavqat bölgəsində baş verən meşə yanğınlarının söndürülməsində 15 vertolyot iştirak edir.

Bununla yanaşı, yanğınların söndürülməsi üçün 6 buldozer və 106 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülmə  işləri  davam etdirilir.