"Real"ın yeni transferi David Alabanın COVID-19 testi pozitiv nəticələnib.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi dərhal karantinə alınıb. O, komandadan ayrı, fərdi olaraq məşqlərə davam edəcək.

Qeyd edək ki, "Kral klubu" "Bavariya"dan ayrılan David Alabanı azad agent olaraq heyətinə qatıb.