Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.

Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.