"Bakı İrəvanı sülh sazişi imzalayaraq sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır".

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Ölkənin "RİA Novosti" İnformasiya Agentliyinə müsahibə verən səfir bildirib ki, Qarabağ müharibəsi artıq başa çatıb:

"Biz bu müharibənin başa çatdığını, münaqişənin keçmişdə qaldığını dəfələrlə bildirmişik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamalı, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır” – deyə çıxış edən səfir Ermənistan tərəfinin başqa mövqedə olduğunu diqqətə çatdırıb:

"Ermənistan dövlətlərarası münasibətlərin həllini yenə ləngitməyə çalışmaqla bütün regionun hərtərəfli inkişafı üçün şərait yaradılmasına mane olur".