Lüks avtomobil markası "Mercedes-Benz"də elektrikli avtomobillər sırasına qoşulmağa hazırlaşır.

Unikal.org xəbər verir ki, məşhur avtomobil markası "Mercedes"  2030-cu ildə elektrikli avtomobillərə həsr etməyi planlaşdırır.

Belə  ki,  şirkət satışlarının yarısını 2025-ci ilədək, hamısını 2030-cu ilə qədər yalnız akkumulyator və ya plug-in hibrid avtomobillər kimi proqnozlaşdırır. Rəhbərlik, 2022 ilə 2030 arasında akkumulyatorlu elektrikli vasitələrə edilən ümumi sərmayələrin 40 milyard avronu keçəcəyini  də bildirib.