"Ötən gün bıçaqlanan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyətləri qənaətbəxşdir. Hər iki şəxs Respublika Klinik xəstəxanasında müalicələrini davam etdirirlər. Hazırda özlərini yaxşı hiss edirlər". 

Bu barədə Unikal.org-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib:

"Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin hansı  səbəbdən bu əməli törətdiyi hələ ki, məlum deyil. Bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır".

Qeyd edək ki,  dünən Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev  tərəfindən bıçaqlanıb. 

 Gülayə Mecid