Tokio-2020 Olimpiya oyunları davam edir. 

Unikal.org xəbər verir ki, sonuncu yayımlanan statistikaya görə, medal sıralamasında ikinci yerdə olan Amerika Birləşmiş Ştatları üçüncü yerdə qərarlaşmalı olub. Onun yerini isə Yaponiya tutub. 

Qeyd edək ki, burada sıralama, əsasən, qızıl medalların sayına görə müəyyənləşir. Buna görə də ABŞ millisinin ümumilikdə 30 medalının ( 10 qızıl, 11 gümüş və 9 bürünc ) olmasına baxmayaraq, qızıl medalların sayına görə cüzi fərqlə Çin və Yaponiyadan geridədir. 

Ümumilikdə isə liderlik 11 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ( 24 medal) Çinin əlindədir. 

İkinci yerdə ümumilikdə 20 medalla ( 11 qızıl, 4 gümüş və 5 bürünc) Yaponiya qərarlaşıb. 

Ağarza Elçinoğlu