Türkiyənin Diyarbakır şəhərində dayanacaqdan çıxmağa çalışan sürücü əyləc əvəzinə qaza basaraq insanların həyatı üçün təhlükə törədib.

Unikal.org ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, hadisənin görüntüsü ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xoşbəxtliktdən nağd pul çıxarmaq üçün bankomatın qarşısında növbəyə dayanan şəxslər hadisəyə vaxtında reaksiya verərək xəsarət almaqdan yayına biliblər.