Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçisinin qalıqları tapılıb.

Bu barədə Unikal.org Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, Suqovuşanda bu gün aparılan axtarışlar zamanı Ermənistan ordusunun itkin düşmüş hərbçisinin müharibədə məhv edildiyi məlum olub. Hərbçinin meyiti Ermənistana aparılıb. Onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qalıqları tapılan itkin erməni hərbçilərin sayı 1 616 nəfərə çatıb. Qeyd etdiyimiz kimi, bu göstərici yalnız əvvəllər itkin hesab edilən hərbçilərin sayıdır. Ermənistan rəhbərliyi müharibədəki itkilərinin ümumi sayını hələ də gizli saxlayır.