Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə Çobanabdallı kəndində baş verib. Belə ki, "VAZ" markalı 2 avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.