Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək".

***

16:33

Tovuz rayonunda ata oğlunu ağacla döyüb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Atanın oğlunu zəncirlə ağaca bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)