İranın Məşhəd şəhərində qadınlara velosipedin icarəyə verilməsi qadağan edilib.

Unikal.org  xəbər verir ki, xanımlar park istisna olmaqla, şəhərin heç bir bölgəsində sürmək üçün velosiped icarəyə götürə bilməyəcəklər.

Eyni qadağanın İsfahan şəhərində və Xorasanı əyalətində də tətbiq edildiyi bildirilir.