Siyəzən rayonunun Məşrif kəndində Vətən Müharibəsinin şəhidi XTQ əsgər Məhərrəmov Elməddinin adına  məscid inşa edilir. 

Məsələ ilə bağlı Məşrif kənd nümayəndəsi  Kənan Əliyev Unikal.org-a açıqlamasında bildirib ki,  məscidin maliyyəsi şəhidin ailəsi  tərəfindən qarşılanır. 

Belə  ki,  evin tək oğlu  olan  Elməddinin adını  daşıyacaq məscidin tikinti işləri  davam etdirilir.  Qeyd edək ki, XTQ əsgəri  Məhərrəmov Elməddin Şahlar oğlu  ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Gülayə Məcid