Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Unikal.org-un məlumat verir ki, sutka ərzində ölkədə 224 198 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 16 809 nəfər təşkil edib. Qeyd olunub ki, bu, mayın 9-dan bəri ən yüksək göstəricidir.

Həmçinin, son 24 saat ərzində 63 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 585 nəfərə çatdığı bildirilib.