Təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Unikal.org xəbər verir ki,  əmrə əsasən, Fərda İmanov Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini vəzifəsində çalışıb.