Cənubi Koreyanın “MBC” telekanalının aparıcısı "2020-Tokio" Olimpiya Oyunlarının açılış mərasimində milli komandalar üçün təhqiramiz görüntü və təqdimat seçiminə görə üzr istəyib.

Unikal.org  xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Belə ki, "MBC" televiziya kanalı İtaliyanın təqdimatı üçün pizza, Rumıniya üçün Drakula, Norveç üçün somon balığının tikəsi, Ukrayna üçün Çernobıl şəkillərindən istifadə edib.

Digər bir narazılıq doğuran məqam isə Haiti idmançıları stadiona daxil olarkən səslənən ifadələr olub. Ekranda bu dövlət haqqında "Prezidentin öldürülməsi səbəbindən siyasi vəziyyəti stabil olmayan ölkə" təqdimatı gedib. Suriya olimpiya yığması rəsmi törəndən keçərkən isə, "10 ildir davam edən vətəndaş müharibəsi", adlı başlıq  yazılıb.