ABŞ-ın Kolorada ştatında 10 yaşlı oğlan vəbadan həyatını itirib. 

Unikal.org xəbər verir ki, azyaşlının səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun koronavirus  test  nəticəsi neqativ çıxdıqdan sonra, həkimlər uşağın hansı  infeksiya  yoluxmasını araşdırıblar. 

Kolorado Xalq Sağlamlığı və Ətraf Mühit Departamentinə görə, uşağın "vəba ilə əlaqəli səbəblərdən öldüyü"  bildirilib. Belə  ki, oğlan uşağının yaşadığı La Plata qəsəbəsi də daxil olmaqla altı bölgədə heyvanlarda və birələrdə laboratoriyada təsdiqlənmiş vəba xəstəliyinin olması barədə məlumat yayılıb. Bundan sonra qəsəbə sakinləri xüsusi nəzarət  altına alınıb. 

Qeyd edək ki, vəba,  birənın dişləməsi və ya  xəstəliyi olan heyvanlarla ünsiyyət qurarkən insanlara asanlıqla yoluxa bilən bakterial bir xəstəlikdir.