Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK-lı terrorçunu sərrast atışla vurub.

Unikal.org xəbər verir ki, o, PKK terror təşkilatının İraqın şimalındakı Hakurk bölgəsi üzrə məsul şəxsi olub. 

MİT-in apardığı əməliyyat nəticəsində, PKK terror təşkilatının "Hakurk logistik sahəsi müdiri" adlandırılan "Serdar Pir Avesta" kod adlı terrorçu Hakan Ateş öldürülüb.