Dövlət Gömrük Komitəsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada 2 protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən hər iki protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hər iki işə avqust ayının 5-i hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Murad İbrahimli