Şimali Koreyada quraqlıq kütləvi aclığa səbəb ola bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, temperaturun 35 dərəcəyə qədər yüksəlməsi və yağıntıların olmaması quraqlıq yaradıb.

Nəticədə minlərlə hektar çəltik və qarğıdalı sahəsi məhv olub.

Kommunist partiyasının Mərkəzi Plenumunun son iclasında çıxış edən ölkə lideri Kim Çen In ölkədə ərzaq problemi olduğunu etiraf edib. O, güclü qasırğa və digər obyektiv səbəblərin bu problemi yaratdığını açıqlayıb.