Xəbər verdiyimiz kimi, türkiyəli məşhur  müğənni  Alişanın 41 yaşlı qardaşı  Selçuk Tektaş vəfat edib.  

Unikal.org xəbər verir ki, ifacıçının qardaşı koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qardaşının ölümü ilə sarsılan  Alişan tanınmaz hala düşüb. O, hər gün Feriköy qəbiristanlığına gedərək qardaşının məzarını ziayərət edib, namaz qılır. 

Belə  ki, qardaşı ilə bağlı təsirli  paylaşım edən Alişan hər həsin diqqətini  öz üzərinə  çəkib. "İnstagram"da qardaşının şəklini paylaşan müğənni:
"Qardaşım, bizi yetim qoymusan ... Qardaşım idin, sevincim idin, dostum, sirdaşım, hər şeyim. İndi sənsiz nə olacaq!? 2  öz uşağım, 2 qardaşım uşağ, indi 4 övladım var. Rahat yat, Eyşan, Ceylan, Merve mənə əmanətdir. Səni çox sevirəm qardaşım ..."

 Alişanın bu paylaşımına  yüzlərlə  şərh və bəyəni gəlib.