Əfqanıstanın oaytaxt şəhəri Kabildə baş verən silahlı hücum zamanı təhlükəsizlik qüvvələrinin iki üzvü daxil olmaqla beş nəfər ölüb.

Unikal.org  xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Ferdevs Faramarz paytaxtın Güldərə bölgəsində naməlum şəxslərin silah istifadə etdiyini söyləyib. Hücum edən şəxslər hadisə yerindən qaçmağı bacarıblar.

İndiyə qədər heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.