Tacikistanın Soqd vilayətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə İsfara şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

“İsfara şəhərindəki “Şurob” kömür mədəninin içərisində metan sızıntısı səbəbindən baş vermiş partlayış bir şaxtaçının ölümü ilə nəticələnib, səkkiz nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Həkimlər xəsarət alanların vəziyyətini stabil olaraq qiymətləndirir.

Partlayışın nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub. İsfara şəhərindəki “Şurob” mədəni Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.