Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Unikal.org-a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

***

00:24

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində güclü yanğın başlayıb.

Unikal.org xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.