Avropa Komissiyası Latviyada COVID-19-dan zərər çəkmiş balıqçılıq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədilə yardım ayıracaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avrokomissiya koronavirus epidemiyasından zərərçəkmiş kənd təsərrüfatı məhsullarının istehsalı, balıqçılıq və akvamədəniyyət sektorlarında fəaliyyət göstərən şirkətləri dəstəkləmək məqsədilə Latviyaya 650 min avro yardım göstərəcək.

Bildirilib ki, bu tədbir planı yardıma ehtiyacı olan şəxslərin üzləşdiyi likvidlik çatışmazlığının yumşaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı sektorunda fəaliyyət göstərən şirkətlərə 1 oktyabr 2020-ci il − 31 may 2021-ci il tarixləri arasında, balıqçılıq və akvamədəniyyət sahəsində fəaliyyət göstərən şirkətlərə 1 yanvar 2021-ci il − 31 may 2021-ci il arasında vurulmuş zərərin aradan qaldırılması məqsədi daşıyır.

Yardımın 31 dekabr 2021-ci il tarixinədək verilməsi nəzərdə tutulub.