Əfqanıstan hökuməti “Taliban” hərəkatının fəaliyyətini məhdudlaşdırmaq üçün üç vilayət istisna olmaqla bütün ölkədə gecə komendant saatı tətbiq edildiyini elan edib.

Unikal.org AFP-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin 31 vilayətində yerli vaxtla saat 22:00-dan 04:00-dək şiddəti dayandırmaq və “Taliban”ın fəaliyyətini məhdudlaşdırmaq üçün komendant saatı tətbiq olunacaq.

Nazirlik bildirib ki, komendant saatı Kabil, Pəncşir və Nanqarhar vilayətlərində tətbiq olunmayacaq.

Tətbiq olunmuş məhdudiyyətlərin nə vaxta qədər qüvvədə olacağı barədə məlumat verilməyib.