Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

Unikal.org  xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı "Daşaltı əməliyyatı"nda şəhid olan Nazim Məhərrəmovun oğludur.